Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Salah Dalqlişi geridə qoydu -
Salah Dalqlişi geridə qoydu

ESTAFET/ İngiltərə kubokunun 1/32 final mərhələsinin “Vulverhempton”la matçı (2:2) “Liverpul”un futbolçusu Məhəmməd Salah üçün əlamətdar olub.

Həmin görüşdə misirli hücumçu qol vurmaqla klubun əfsanəvi futbolçusu Kenni Dalqlişi qabaqlayıb.

Salah “Liverpul” formasıyla 173-cü qolunu vurub və Dalqlişi keçib. Mersisayd təmsilçisinin ən çox qol vuran futbolçusu isə Yan Rayşdır – 346 qol. İlk üçlüyü Rocer Hant (285 qol) və Qordon Hocson (241 qol) tamamlayır.

İngiltərə kubokunun 1/32 final mərhələsinin “Liverpul” – “Vulverhempton” matçı bərabərliklə bitdiyi üçün (2:2) cütün qalibi cavab qarşılaşmasından sonra bəlli olacaq.

Müəllif: Orxan NOVRUZOV