"Nə vaxt ki VAR yazılmış ekranı görürsən...": Nketia

ESTAFET/ "Arsenal"ın hücumçusu Eddi Nketia "Mançester Yunayted"lə oyunda vurduğu qələbə qolunu şərh edib və oyunun nəticəsinin sevincini bölüşüb. 

"Martensi yanımda gördüm və düşündüm ki ofsaydda deyiləm. Lakin nə vaxt ki VAR yazılmış ekranı görürsən həmişə ürəyin biraz dayanır. Siz görə bilərdiniz ki, biz qələbə qazanmağı necə çox istəyirdik və bunu özümüz və azarkeşlərimiz üçün çox istəyirdik. Biz basqı etməyə davam etdik və xöşbəxtlikdən sonda istəyimizə çatdıq". 

Qeyd edək ki, görüş londonluların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Hazırda 1 oyun az keçirən "Arsenal" ikinci pillədəki rəqibini 5 xal qabaqlayır. 

Müəllif: Natiq NƏSİROV