Ənənəvi yapon qılınc döyüşü səhnələri ilə "Tate-Hatoryu NY" qrupunun konserti

ESTAFET/ 3 fevral tarixində Yaponiya Səfirliyinin təşkilatçılığı, Heydər Əliyev Mərkəzinin təşkilatı dəstəyi ilə “TATE-Hatoryu NY” qrupunun ifasında "Ənənəvi Yapon Qılınc Döyüş Sənəti üzrə Səhnə Performansı" konserti həyata keçiriləcəkdir. Tədbir Heydər Əliyev Mərkəzinin Auditorium Zalında saat 19:-00-da baş tutacaqdır.  

Tate özündə qədim samuray döyüş sənəti, rəqs və Kabuki elementlərini birləşdirən unikal bir səhnə performansı olub, döyüş və hadisə filmləri, eyni zamanda səhnə performansları zamanı nümayiş olunan realistik və dinamik səhnələri canlandırır. Bu dəfə Nyu-Yorkda fəaliyyət göstərən məşhur TATE Hatoryu qrupu qonaqlar üçün xüsusi qılınc döyüş səhnələri hazırlayaraq, samuray döyüş növü ilə musiqinin müşayiətində səlis qılınc hərəkətləri ilə çıxış edəcəklər.

Qədim yapon ənənələrinə dayanan bu unikal incəsənət növünü yaxından tanımaq fürsətini əldən verməyin!

Tədbirdə iştirak yalnız öncədən qeydiyyatladır! İştirak ödənişsizdir!

Bunun üçün linki və ya yuxarıdakı QR kod vasitəsilə ilə daxil olaraq qeydiyyatdan qeydiyyatdan keçməyiniz xahiş olunur.

Qeydiyyat üçün son tarix: 31 yanvar

Yerlər məhduddur, odur ki elə indi qeydiyyatdan keçməyə tələsin!

Qeydiyyatdan keçmiş şəxslərin tədbir günü şəxsiyyət vəsiqələrini də mütləq gətirməkləri xahiş olunur.

Müəllif: Bəhruz MƏMMƏDOV