Millimizin oyunlarının təqvimi açıqlandı

ESTAFET/ Avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniyanın ev sahibi olacağı Avropa çempionatında mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan millisinin oyunlarının təqvimi təsdiq olunub.

Final mərhələsində yığmamızın yer aldığı C qrupuna Almaniya ev sahibliyi edəcək.

Komandamızın rəqibləri isə meydan sahibləri ilə yanaşı, Çexiya, Türkiyə, Yunanıstan və İsveç olacaq.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsində 24 komanda 4 qrupda mübarizə aparacaq. Qrupda ilk dörd yeri tutacaq komandalar növbəti mərhələyə yüksələcəklər.

C qrupu (Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib)

18 avqust 2022
23:00 Azərbaycan - Çexiya

19 avqust 2022
23:00 Azərbaycan - Almaniya

20 avqust 2022
23:00 Türkiyə - Azərbaycan

22 avqust 2022
20:00 Azərbaycan - Yunanıstan

23 avqust 2022
20:00 İsveç – Azərbaycan

Müəllif: Bəhruz MƏMMƏDOV