Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib

Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçiriləcəyi məkan və vaxt dəqiqləşib.

Kişi voleybolçuların Yüksək Liqasında I dövrənin son oyunları yanvarın 26 və 27-də baş tutacaq. Yanvarın 26-da “Neftçi” MOİK-i (saat 18:00) sınağa çəkəcək. Növbəti gün isə III turun son matçında ”Murov” - “Xarı bülbül” oyunu keçiriləcək. Oyun saat 16:00-da başlayacaq.

Azərbaycan çempionatı

Yüksək Liqa (kişilər)

III tur

26 yanvar
18:00. Neftçi” - MOİK

27 yanvar
16:00. ”Murov” - “Xarı bülbül” (CBC sport -canlı)

Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV