"Prezident Kuboku-2023" beynəlxalq təqvim planında

ESTAFET/ Azərbaycanda avarçəkmə idman növünü  inkişaf etdirmək və beynəlxalq səviyyədə tanıtmaq üçün çalışan Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası daha bir uğura nail olub. Federasiyanın 4-7 may tarixlərində Suqovuşan və Mingəçevirdə təşkilini planlaşdırdığı Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Prezident Kuboku-2023”  beynəlxalq reqatası ilk dəfə Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib. Assosiasiyanın rəsmi internet səhifəsinin xəbər bölməsində yarışla bağlı məlumat da dərc olunub.

Xatırladaq ki, AKAF-ın 2022-ci il, 21-23 oktyabr tarixlərində təşkil etdiyi “Mingəçevir Reqatası” da Azərbaycan avarçəkmə tarixində ilk dəfə Avropa Kanoe Assosiasiyasının təqvim planında yer almışdı.

QEYD: Xəbərin yer aldığı Avropa Canoe Assosiasiyasının rəsmi internet səhifəsinə daxil olmaq üçün  aşağıdakı keçidlərdən istifadə edə bilərsiniz.

https://www.canoe-europe.org/calendar

https://www.canoe-europe.org/calendar/international-president-cup-2023-regatta-mingechevir-521

https://www.canoe-europe.org/news/invitation-to-the-international-president-cup-in-azerbaijan-2609

Müəllif: Bəhruz MƏMMƏDOV