Bu səbəbə Kiyevi Zirəyə dəyişdi

ESTAFET/ “Zirə”nin yeni transferi Vladislav Kulaç Ukraynanın "Dinamo" (Kiyev) klubundan ayrılmasının səbəblərini açıqlayıb.

29 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında son ilyarım oynamadığı üçün Kiyev təmsilçisindən ayrıldığını bəyan edib:

“Bu, çox çətindir. "Dinamo"dan təklif alanda düşündüm, razılaşdım. Oyunçularla, komanda ilə tanış oldum. Bunun üçün şadam. Amma futbol baxımından mənim üçün o qədər də yaxşı deyildi. Zədələri gizlətmirəm, bunu hamı bilir. Ancaq dəstək hiss etmədim. Baş məşqçinin münasibətini gördüm və orada oynaya bilməyəcəyimi başa düşdüm”.

Xatırladaq ki, Vladislav Kulaç 2021-ci ilin yayından formasını geyindiyi “Dinamo”da cəmi 7 oyuna çıxıb, 1 qol vurub. O, bir neçə gün öncə “Zirə” ilə 1,5 illik müqavilə imzalayıb.

Müəllif: Bəhruz MƏMMƏDOV