YENİYETMƏ VƏ GƏNC KARATEÇİLƏR DÜNYA KUBOKUNDA
ESTAFET/ Yeniyetmə və gənclədən ibarət seçmə komandanın bir sıra üzvləri üzvü Dünya Kuboku yarışında iştirak edəcək.
Xorvatiyanın Umaq şəhərində rəsmi turnirində 14-15 yaşlı yeniyetmələr arasında Fərid Ağayev, Rüfət İskəndərov (hər ikisi 52 kq), Hüseyn Məmmədli, Tale Yaqubov, Elçin Quliyev (hamısı 57 kq), Fərid Abdulkərimov, Rəşid Xudaverdiyev (hər ikisi 63 kq), Hüseyn Hüseynzadə (70 kq), Ayla Rzazadə (54 kq) və Jeyhun İsmayılov (kata) mübarizə aparacaq.
16-17 yaşlı gənclərdə Müseib Məmmədov (55 kq), Tural Yaqubov (68 kq), Murad Balakişiyev (76 kq), Musa Sarızadə (+76 kq), Fidan Teymurova (48 kq) və Mədinə Sadıqova (53 kq) çıxış edəcək.
Onlardan başqa 12-13 yaşlılar arasında perspektivli idmançılardan Fərid Savadov, Namiq Quliyev və Fidan Dadaşova da təcrübələrini artırmağa çalışacaqlar.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyası Texniki komitəsinin üzvü və Avropa Karate Federasiyası İdarə heyətinin üzvü Yaşar Bəşirovun rəhbərliyi ilə rəsmi yarışa ayollanan heyətdə 14-18 yaşlı yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyev, 21 yaşadək gənclərin baş məşqçisi Şahin Xudaverdiyev, eləcə də beynəlxalq hakimlərdən Jahangir Babayevlə Vüqar Kərimov yer alıb.
Yeniyetmə və gənclər arasında Dünya Kuboku, 2018-ci il Yeniyetmələrin olimpiadasında karate yarışlarına lisenziya verən 3 rəsmi yarışdan birincisi olacaq. Maliyyə çətinliyi səbəbindən seçmə komandamız yarışda tam heyətlə iştirak edə bilmir.