Boksçularımızın Qızıl kəmər seriyasında ilk rəqibləri bəlli olub

ESTAFET/ Mərakeşdə keçiriləcək boks üzrə Qızıl kəmər seriyası çərçivəsində ilin ilk turnirinin püşkü atılıb. Bu gün start götürəcək yarışda Azərbaycan yığmasının üzvlərinin də ilk rəqibləri bəlli olub.

Fevralın 10-dək davam edəcək turnirdə təmsilçilərimizdən ilk olaraq rinqə Nəbi İsgəndərov (67 kq) çıxacaq. O, 1/8 finalda Atomani Baroufla (Komor adaları) üz-üzə gələcək.

Püşkün nəticəsinə əsasən bu mərhələdə daha 4 boksçumuz mübarizəyə qoşulacaq.

1/8 final mərhələsi

Tayfur Əliyev (60 kq) – Kərim Abdul (Mali)

Nəbi İsgəndərov (67 kq) – Atomani Barouf (Komor adaları)

Sərxan Əliyev (71 kq) – Sarohatua Lumbantobinq (İndoneziya)

Murad Allahverdiyev (80 kq) – İmam Xatayev (Rusiya)

1/4 final mərhələsi

Məsud Yusifzadə (51 kq) – Duqlas Trindade (Braziliya)

Ümid Rüstəmov (57 kq) – Jan Kaysedo (Ekvador)

Malik Həsənov (63,5 kq) – Qabil Məmmədov (Rusiya)

Mirşərif Kazımzadə (75 kq) – David Mvenekabve (Konqo Demokratik Respublikası)

Məhəmməd Abdullayevə (+92 kq) – Dieqo Lensi (İtaliya)

1/2 final mərhələsi

Alfonso Dominqes (86 kq) – Roberrd Mayxel (İndoneziya)/Endi Lesmes (İspaniya)

Müəllif: Natiq NƏSİROV