Türkiyədə qış transfer dönəminin müddəti uzadıldı
ESTAFET/ Türkiyədə qış transfer dönəminin müddəti uzadılır. Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Xəbərdə bildirilir ki, yanvarın 12-də açılan və bu gecə bağlanmalı olan qış transfer dönəminin müddəti ölkə ərazisindəki dağıdıcı zəlzələ səbəbindən 10 gün artırılacaq.
TFF artıq bununla bağlı FİFA-ya rəsmi müraciət edib və şifahi razılıq əldə olunub. Tezliklə yazılı razılığın da açıqlanması gözlənilir.
Xatırladaq ki, Türkiyədə fevralın 6-da baş vermiş güclü zəlzələlər nəticəsində azı 8574 adam həlak olub, 49133 nəfər yaralanıb. Bununla əlaqədar ölkə ərazisində bir həftəlik matəm elan olunub. Həmçinin zəlzələnin daha çox təsir göstərdiyi 10 əyalətdə fövqəladə vəziyyət elan edilib.