Nəbi İsgəndərov Qızıl kəmər seriyasına qələbə ilə başlayıb

ESTAFET/ Mərakeşdə boks üzrə Qızıl kəmər seriyası çərçivəsində ilin ilk turnirinə start verilib. Birinci yarış günündə Azərbaycan millisinin heyətində Nəbi İsgəndərov rinqə çıxıb.

67 kq çəkidə mübarizə aparan Avropa çempionatının mükafatçısı 1/8 final çərçivəsində Atomani Baroufla (Komor adaları) üz-üzə gəlib. Görüş təmsilçimizin 5:0 (30:26, 30:24, 30:24, 30:24, 30:26) hesablı qələbəsi ilə yekunlaşıb.

İsgəndərov növbəti döyüşündə ilk mərhələdən azad olan Selbi Dlamini Tabiso (Esvatini) ilə gücünü yoxlayacaq.

Qeyd edək ki, fevralın 10-da bitəcək yarışın ikinci günündə daha 2 boksçumuz mübarizəyə qoşulacaq. 1/8 final çərçivəsində Tayfur Əliyev (60 kq) Kərim Abdulu (Mali), Sərxan Əliyev (71 kq) Sarohatua Lumbantobinqi (İndoneziya) sınağa çəkəcək.

Müəllif: Natiq NƏSİROV