"İNTER"DƏN MÖHTƏŞƏM QƏLƏBƏ
ESTAFET/ Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində təmsilçimiz "İnter" Futbol Klubu səfərdə ilk qarşılaşmasına çıxıb. Serbiyanın "Mladost" klubuna qarşı keçirilən matçda Zaur Svanadzenin yetirmələri Luçani şəhərinin təmsilçilərinə üç cavabsız topla qalib gəliblər.
"İnter"in heyətində ilk hissədə Adrian Skarlatake iki dəfə fərqlənib. Onun 23 və 41-ci dəqiqələrdə cərimə zərbəsində vurduğu hər iki zərbə qarşısıalınmaz olub. İkinci hissədə Rauf Əliyevin vurduğu qol (75-ci dəqiqə) komandamızın səfərdə böyükhesablı qələbəsini təmin edib.
Xatırladaq ki, "İnter" FK və Mladost" FK arasında cavab qarşılaşması iyulun 6-da Dalğa Arenada baş tutacaq.