CÜDO ÜZRƏ GƏNCLƏRİN ÖLKƏ BİRİNCİLİYİ BAŞLAYIR
ESTAFET/ Bu gün Sərhədçi İdman Olimpiya Mərkəzində U-23 gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılğı ilə keçirilən ölkə birinciliyində 46 klubdan 333 cüdoçu (288 oğlan, 45 qız) qüvvəsini sınayır.
İki gün davam edəcək yarışın ilk günündə 181 cüdoçu tatami üzərinə çıxacaq. Bu gün qızlarda 48 kq, 52 kq, 57 kq, 63 kq, 70 kq, 78 kq, +78 kq çəki dərəcələrində, oğlanlarda isə 60 kq, 66 kq çəki dərəcələrində iştirakçılar medallar uğrunda mübarizə aparırlar.