Kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib

ESTAFET/ Fevralın 22-də kişi voleybolçular arasında Yüksək Liqada III dövrənin növbəti oyunları keçiriləcək. Həmin gün baş tutacaq IX tura saat 16:00-da “Murov” - “Xarı bülbül” görüşü ilə start veriləcək. Ardınca saat 18:00-da “Neftçi” və MOİK qarşılaşması keçiriləcək.

Fevralın 23-də isə qadın voleybolçular arasında Yüksək Liqada III dövrənin son  oyunları keçiriləcək. Voleybol Mərkəzində təşkil olunacaq IX turun ilk matçı saat 16:00-da “Murov” və “Abşeron” komandaları arasında baş tutacaq. Bu qarşılaşmadan 2 saat sonra “Azərreyl” - UNEC dueli start götürəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV