"Səbail"də yeni sponsor

ESTAFET/ “Səbail PFK" İB ilə “PAŞA Həyat” arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Məlumatı klubun mətbuat xidməti yayıb.

“Səbail” PFK və “PAŞA Həyat Sığorta” ASC arasındakı əməkdaşlığın ilkin olaraq 01.02.2023 tarixindən 01.02.2024 tarixinə qədər olan müddəti əhatə etməsi nəzərdə tutulub.

“PAŞA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 24.11.2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14.02.2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir. “PAŞA Həyat Sığorta” ASC dinamik inkişaf edən universal həyat sığortası şirkəti olmaqla hazırda Azərbaycan Respublikasının Sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş həyat sığortası sinfinə aid olan bütün növ məhsulları müştərilərinə təqdim edir.

Müəllif: Bəhruz MƏMMƏDOV