Artıq 8-ci ölkə DÇ-ni boykot edir - Rusiya və Belarusa görə
ESTAFET/ Bu il kişilər və qadınlar arasında keçiriləcək boks üzrə dünya çempionatında daha bir ölkənin iştirak etməyəcəyi bilinib.
Belə ki, Polşa da DÇ-nin boykot edənlərə qoşulub.
Polşa Boks Assosiasiyasının vitse-prezidenti Maçej Demel "Sport.pl"ya bu barədə belə deyib: “Biz Ukraynada müharibə başlayandan sonra rusların və belarusların qatılacağı yarışlarda iştirak etməyəcəyimizi qərara alan ilk idman birliklərindənik. O vaxtdan bəri heç nə dəyişməyib, ona görə də qərar qüvvədə qalır. Biz hərəkətlərimizdə ardıcılıq”.
Bundan əvvəl ABŞ, İrlandiya, Çexiya, Böyük Britaniya, Kanada, İsveç və Niderland da boykot elan etmişdi.
Boks üzrə hər iki dünya çempionatı yazda keçiriləcək: qadınlar arasında - martın 15-dən 26-dək Yeni Dehlidə, kişilər arasında - mayın 1-dən 14-dək Daşkənddə.