“Roma” - "Zaltsburq" oyununda azərbaycanlı nümayəndə
ESTAFET/ “Neftçi” klubunun sabiq prezidenti Orxan Hüseynzadə yeni təyinat alıb. O, İtaliyada “Roma” və Avstriya “Zaltsburq”u arasında keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında UEFA nümayəndəsi olacaq.
Fevralın 23-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Xatırladaq ki, ilk görüş Avstriya təmsilçisinin mininal hesablı qələbəsi ilə yekunlaşmışdı – 1:0.