ALMANİYA BU KUBOKU İLK DƏFƏ QAZANDI: KK-2017

ESTAFET/ Rusiyada keçirilən Konfederasiyalar Kuboku başa şatıb. Bu gün keçirilən iki qarşılaşma ilə turnirin bütün mükafatçıları müəyyənləşib.


İlk olaraq Moskvada "Spartak" stadionunda Portuqaiya ilə Meksika bürünc medallar uğrunda qarşılaşıblar. Oyunun əsas vaxtında portuqaliyalıların vurduğu iki qolla bərabərlik qeydə alınıb. Belə ki, 54-cü dəqiqədə Netonun avtoqolu sayəsində meksikalılar önə keçiblər. Lakin oyunun əsas vaxtına əlavə edilmiş 3-cü dəqiqədə Pepe bərabərlik qolunu vurmağı bacarıb. 105-ci dəqiqədə Silvanın penaltidən vurduğu qol Portuqaliyaya bürünc medalı qazandırıb.

 

Final görüşündə isə dünya çempionu Almaniya Çilini sınağa çəkib. Rusiyanın şimal paytaxtı sayılan Sankt-Peterburqda keçirilən oyunun taleyini 1 qol həll edib. 20-ci dəqiqədə Ştindlin vurduğu qol Kuboku Almaniyaya qazandırıb.