"QƏBƏLƏ" HAZIRLIQ MƏŞQLƏRİNİ BƏRPA ETDİ: FOTOLAR
ESTAFET/ Yeni mövsümə hazırlığı Avstriyanın Zalsburq bölgəsində gerçəkləşdirən “Qəbələ” məşqlərini bərpa edib. İyunun 30-da keçirilən yerli “Qrodiq”lə yoxlama oyunundan (7:0) sonra bir günlük istirahətə buraxılan futbolçular bu gün növbəti məşqə çıxıb. “Qırmızı-qaralar” günü iki məşqlə tamamlayıb. Hazırlıq prosesində zədə problemini arxada qoyan Baqali Dabo da iştirak edib. Zədələnən İlqar Qurbanov isə komanda çalışmalarından kənar qalıb. Tellur Mütəllimovla Ruslan Qurbanov isə eyni səbəbdən fərdi məşqlə kifayətlənib.
Xatırladaq ki, “Qəbələ” növbəti yoxlama oyununu iyulun 4-də keçirəcək. Komandamız Ukrayna “Dinamo”su (Kiyev) ilə üz-üzə gələcək.