"QIZIL TOP" DRAKSLERİN OLDU

ESTAFET/ Almaniya yığmasının yarımmüdafiəçisi və kapitanı Yulian Draksler Konfederasiyalar Kuboku 2017-nin ən yaxşı oyunçusu seçilib. "PSJ"nin 23 yaşlı oyunçusuna final oyunundan sonra xüsusi "Qızıl Top" təqdim edilib.


Draksler Almaniya yığmasının turnir zamanı keçirdiyi bütün qarşılaşmalarda iştirak edib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Bu mükafatın əvvəlki sahibləri Denilson, Ronaldinyo, Rober Pires, Anri, Adriano, Kaka, Neymar kimi oyunçular olub.