Konfrans Liqasında daha 7 oyun

ESTAFET/ Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulacaq.

İkinci oyun günündə 7 qarşılaşma keçiriləcək.

Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Gent" Belçikada Türkiyə "Başakşəhər"i ilə üz-üzə gələcək.

Ağdam klubunun Çempionlar Liqasının təsnifat oyunlarında məğlub etdiyi Polşa "Lex"i və İsveçrə "Bazel"i isə evdə müvafiq olaraq, İsveç "Yurqarden"i və Slovakiya "Slovan"ı ilə üz-üzə gələcək.

Türkiyənin bu turnirdəki digər təmsilçisi “Sivasspor” isə səfərdə “Fiorentina” ilə qarşılaşacaq.

Xatırladaq ki,1/8 finalın ilk oyunu martın 8-də İtaliyada "Latsio" və Niderlandın "Alkmaar" komandaları arasında keçirilib və qonaqların qələbəsi ilə başa çatıb - 2:1.

Bu raundun cavab matçları martın 16-da olacaq.

Avropa Konfrans Liqası
1/8 finalın ilk oyunları

9 mart 2023

21:45 AEK (Larnaka, Kipr) - Vest Hem (İngiltərə)

21:45 Şerif (Moldova) - Nitsa (Fransa)

21:45 Anderlext (Belçika) - Vilyarreal (İspaniya)

00:00 Fiorentina (İtaliya) - Sivasspor (Türkiyə)

00:00 Lex (Polşa) - Yurqarden (İsveç)

00:00 Bazel (İsveçrə) - Slovan (Slovakiya)

00:00 Gent (Belçika) - Başakşəhər (Türkiyə)

Müəllif: Zaur HACIYEV