Millimizin Avstriya ilə oyununa 15 min bilet satılıb

ESTAFET/ Martın 24-də Linzdə Avstriya və Azərbaycan milli komandaları arasında keçiriləcək Avropa çempionatının seçmə oyununa maraq böyükdür.

Ötən gün qarşılaşma üçün bir neçə saat ərzində 15 min bilet satılıb. Digər biletlərin martın 15-dən sonra satışa çıxarılacağı deyilib.

“Raiffeisen Arena”da oynanılacaq matç saat 23:45-də start götürəcək. Stadion 19 min azarkeş tutumuna malikdir.

Müəllif: Natiq NƏSİROV