Renatın qolu komandasına qələbə qazandırdı
ESTAFET/ Futbol üzrə İsveçrə çempionatında 24-cü turun oyunları keçirilib.
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə “Vintertur”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. 41-ci dəqiqədə vurduğu qolla hesabı açan Renat, 90+4-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Qrasshopper” 24 turdan sonra 28 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.