Nicat Abasov Dünya Kubokuna vəsiqə qazandı
Serbiyanın Vrnyaçka Banya şəhərində kişilər arasında şəxsi Avropa çempionatı keçirilib.
Şahmatçılarımızdan Nicat Abasov 11 oyundan 7,5 xal toplamaqla 17-ci yeri tutub. Bu nəticə ilə N.Abasov Dünya Kubokuna vəsiqə əldə edib.
Digər təmsilçimiz Əhməd Xaqan reytinqini artıraraq FİDE ustası titulunun normativini yerinə yetirib.