YENİYETMƏ QƏHRƏMANLAR VƏTƏNƏ DÖNÜBLƏR
ESTAFET/ Litvanın Kaunas şəhərində yeniyetmələr arasında Avropa birinciliyində böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Mötəbər turnirdə 1 qızıl, 3 gümüş və 1 bürüc medal qazanan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər, bir qrup azarkeş və idmançıların ailə üzvləri qarşılayıblar.
Xatırladaq ki, qitə birinciliyində Vüsalə Kərimova (40 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adına sahib olub. Oğlanların yarışında Ayxan Tanrıverdiyev (55 kq), Vüsal İbrahimov (60 kq) və Qnyaz Mahmudlu (66 kq) yalnız finalda uduzaraq Avropa birinciliyinin gümüş medalını qazanıblar. Cüdoçumuz Davud Abaslı (60 kq) isə Litvada bürünc medala sahib olub.