"Qəbələ"də yeni sponsor
ESTAFET/ "Qəbələ" İdman Klubu Azərbaycanın daha bir şirkəti ilə əməkdaşlığa başlayır.
Bugün Qəbələ şəhər stadionunda təşkil edilən tədbirdə klubla şirkət arasında rəsmi müqavilə imzalama mərasimi keçirilib. 3 il müddətinə imzalanan anlaşmaya əsasən akademiyanın komandalarının oyun formalarının arxa hissəsində "EUROCLİMA" brendinin loqosu ǝks olunacaq.
Əsası 2010-cu ildə qoyulan şirkətin profili Bakıda və Azərbaycanın müxtəlif regionlarında məşhur Avropa istehsalçılarının məhsulları olan isitmə, soyutma, havalandırma və su təchizatı sistemlərinin satışı, quraşdırılması və satış sonrası servisindən ibarətdir. "EUROCLİMA" Almaniyanın, İtaliyanın, Danimarkanın, Türkiyənin, Rusiyanın ən keyfiyyətli Avropa məhsullarını Azərbaycan şəraitinə uyğunlaşdırılmış (işıq, su, qaz) formada ölkəmizə gətirir.