"Kəndlərdə idmanı inkişaf etdirək" layihəsi Göygöldə icra olunub
AFFA-nın, Göygöl Rayon İcra Hakimiyyətinin və Millət vəkili Elşad Mirbəşiroğlunun birgə təşkilatçılığı ilə Göygöl Mərkəzi şəhər stadionunda “Kəndlərdə futbolu inkişaf etdirək” layihəsi həyata keçirilib.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, AFFA-nın I vitse prezidenti Millət vəkili Rauf Əliyev və Millət vəkili Elşad Mirbəşiroğlu iştirak ediblər.
Layihə çərçivəsində tədbirdə iştirak edən 60 məktəbliyə futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər.
Bu layihə Prezident cənab İlham Əliyevin 2019-cu ildə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.