“Gəncə” Şəkidən qələbə ilə dönür
ESTAFET/ Bu gün Şəki Olimpiya İdman Kompleksində Basketbol Liqasının 22-ci turunun bağlanış oyunu baş tutub.
"Olimpik Şəki" doğma azarkeşlər önündə "Gəncə" basketbolçularını qəbul edib.
Oyunun ilk dəqiqələrindən üstünlüyü ələ keçirən gəncəlilər parketdən 94:77 hesablı qələbə ilə ayrılıblar. Bu qələbə ilə "Gəncə" turnir cədvəlində 3-cü sıraya yüksəlib. Ən məhsuldar basketbolçular “Olimpik Şəki”dən Larri Robinson (20 xal, 8 ribaund), "Gəncə"dən isə Kollin Törner (20 xal, 8 asist) olublar.
23-cü tur Azərbaycan kubokunun oyunlarından sonra start götürəcək.