Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Azərbaycan Kubokunun qalibi müəyyənləşdi -
Azərbaycan Kubokunun qalibi müəyyənləşdi

ESTAFET/ Bu gün “Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan kubokunun final qarşılaşması baş tutub.

“Gəncə" və NTD komandalarının üz-üzə gəldiyi final oyununa gəncəlilər üstün başlayıblar.

Lakin oyunun ikinci hissəsində 20 xallıq fərqdən geri dönüş edən NTD komandası oyunu əlavə vaxta aparsa da, əlavə vaxtda "Gəncə" 100:89 hesablı qələbə qazanaraq kubokun qalibi olub. Finalın ən dəyərli basketbolçusu "Gəncə" komandasının oyun qurucusu Kollin Törner seçilib.

Ən məhsuldar basketbolçular “Gəncə”dən Kollin Törner (38 xal, 13 ribaund), NTD-dən Zak Hadson (20 xal, 8 ribaund) olublar.

Müəllif: Məsim MƏSİMZADƏ