Köməkçi məşqçi baş məşqçi oldu

ESTAFET/ Türkiyənin “Trabzonspor” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Sözügedən komandanı bu mövsümün sonuna kimi Orhan Ak çalışdıracaq.

Xatırladaq ki, Orhan Ak bu komandada köməkçi məşqçi kimi fəaliyyət göstərirdi. O, bir müddət öncə Abdullah Avcının istefasından sonra baş məşqçinin səlahiyyətlərini yerinə yetirməyə başlamışdı. Trabzonlular onun rəhbərliyi Super Liqa çərçivəsində “Adana Dəmirspor”a qarşı keçirdikləri oyunundan 4:1 hesablı qələbə ilə ayrılıblar.

“Trabzonspor” hazırda Super Liqada 44 xalla 19 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Müəllif: Orxan NOVRUZOV