Azərbaycanın 5 boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb

Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir start götürüb. Boks Mərkəzində 11 ölkədən 100-dən çox idmançının qatıldığı yarışın ilk günündə 16 döyüş baş tutub.

6 çəkidə 1/4, 2 çəkidə 1/2 final mərhələsinə yüksələn boksçuların adları bəlli olub. İlk gündə rinqə çıxan Azərbaycan millisinin üzvlərindən 5-i çıxışını qələbə ilə bitirib.

Turnirin ikinci günündə 19 görüş keçiriləcək. Döyüşlər saat 15:00-da başlanacaq.

Qeyd edək ki, aprelin 1-də yekunlaşacaq yarışda 14 çəki dərəcəsində mükafatçılar müəyyənləşəcək.

1/8 final

52 kq

Əli Xudaverdiyev (Azərbaycan) – Həsrət Mehdiyev (Azərbaycan) – 5:0

Faiq Mollayev (Azərbaycan) – Muhammed Aliyev (Rusiya) – 4:1

Erlan Yerqeşov (Qırğızıstan) – Daniyar Akbısenov (Qazaxıstan) – 1:4

54 kq

Raul Əsədullayev (Azərbaycan) – Pavel Kondraşov (Rusiya) – 0:5

57 kq

Yeslam Tahirov (Qazaxıstan) – Zviad Tçotçua (Gürcüstan) – 1:4

60 kq

Firuzcon Sadullayev (Özbəkistan) – Canaslan Temirbiyev (Rusiya) – 5:0

63 kq

Abbasqulu Şadlinski (Azərbaycan) – Həsən Tağızadə (Azərbaycan) – 5:0

66 kq

Elnur Abdullayev (Gürcüstan) – Zuxuruddin Abdulloyev (Tacikistan) – birinci tam üstünlüklə qalib gəlib

Husanboy Rustamjonov (Özbəkistan) – Bekaris Nurmuxan (Qazaxıstan) – 2:3

1/4 final

46 kq

Əli Baxışov (Azərbaycan) – Behruz Kurbonov (Özbəkistan) – birinci döyüşə gəlməyib

Sergey Zayats (Belarus) – Ucal Musayev (Azərbaycan) – 2:3

Yasur Uulu Taalaybek (Qırğızıstan) – Bilal Nəzərov (Azərbaycan) – 0:5

Andrey Kotusov (Rusiya) – Fərid İsmayılzadə (Azərbaycan) – 5:0

50 kq

Ramazan Orinbassar (Qazaxıstan) – Buzurqmehr İksanov (Tacikistan) – 3:2

Arseni Jiltsov (Rusiya) – Arif Məcidov (Azərbaycan) – 5:0

Şohjaxon Qahramanov (Özbəkistan) – Bağır Əmirxanlı (Azərbaycan) – 5:0

Müəllif: Natiq NƏSİROV