CAF Mərakeşin namizədliyini dəstəklədi

ESTAFET/ Afrika Futbol Konfederasiyasının (CAF) İcraiyyə Komitəsi Mərakeşin 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi üçün namizədliyini  dəstəkləyib. 

“Afrika Futbol Konfederasiyasının İcraiyyə Komitəsinin Mərakeşin Dünya Çempionatına namizədliyini dəstəkləmək üçün yekdil qərarı o deməkdir ki, bu ölkənin iddiası indi bütün Afrika qitəsinin iddiasıdır. Biz Afrikanın yenidən Dünya Kubokuna ev sahibliyi etməsi üçün hər şeyi etməyə çalışırıq" deyə CAF mətbuat xidməti konfederasiyanın rəhbəri Patris Motsepe bildirib.

Müəllif: Natiq NƏSİROV