Qara Dəniz kuboku ilk dəfə İstanbulda

ESTAFET/ Rusiya Xokkey Federasiyasının təşkil etdiyi ənənəvi Qara Dəniz Kuboku tarixdə ilk dəfə Türkiyənin ən böyük şəhəri İstanbulda keçiriləcək. 

Turnirdə Rusiyanın gənclərdən ibarət komandasının (20 yaşadək futbolçular) iki heyəti iştirak edəcək: Rusiya U20 (qırmızı) və Rusiya U20 (ağ), Belarusun gənclərdən ibarət komandası, həmçinin Türkiyə çempionatının komandası (Türkiyə millisinin oyunçuları və legionerlər) yarpşda qüvvəsini sınayacaq. 

Adi formatla yanaşı, 3x3 turniri də keçiriləcək. Qara Dəniz Kuboku zamanı 2023-cü ilin fevralında Türkiyədə baş vermiş dəhşətli zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə xeyriyyə aksiyaları və tədbirlər keçirəcək.

Müəllif: Zaur HACIYEV