Həftənin ən yaxşıları açıqlandı - NBA

ESTAFET/ Milli Basketbol Assosiasiyası ötən həftənin ən yaxşı oyunçularının adlarını açıqlayıb.

“Los Anceles Leykers”in hücumçusu Entoni Devis NBA-in Qərb Konfransında ən yaxşı oyunçu seçilib. O, hər oyunda orta hesabla 38,7 xal, 11,7 ribaund və 2,0 blok toplayıb. 

Şərq Konfransının ən yaxşı oyunçusu isə "Bruklin Nets"in müdafiəçisi Mikal Bricsdir. Onun ortalama göstəricisi 33,0 xal, 3,7 asist və 5,7 ribaund olub.

Müəllif: Məsim MƏSİMZADƏ