“Sabah” səfərdə “Gəncə”yə qalib gəldi

ESTAFET/ Azərbaycan Basketbol Liqasında 25-ci tura start verilib.

Açılış oyununda "Sabah" Gəncədə eyniadlı komandanın qonağı olub.

Gərgin mübarizə şəraitində keçən qarşılaşma Bakı təmsilçisinin 87:84 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticə ilə xallarını 43-ə çatdıran "Sabah" liderliyə yüksəlib. 42 xala malik "Gəncə" isə 3-cü sırada qərarlaşıb.

Turun digər oyunları aprelin 9-u, 10-u və 11-də keçiriləcək.

Müəllif: Məsim MƏSİMZADƏ