LeBron "Leykers"in qələbəsi haqda

ESTAFET/ Lebron Ceyms "Los Anceles Leykers"in "Finiks Sans"ı 121:107 hesabı ilə məğlub etdiyi oyundan danışıb. O, komandasının NBA-dakı növbəti qələbəsi haqda “Fox Sports”-a danışıb:

"Entoni Devisə dedim ki, sən mövsümü müsbət qələbə balansı ilə bitirəcəyimizə inanırsan? Biz hər şeyi dəyişməyi bacardıq".

Qeyd edək ki, "Leykers" 2004/2005 mövsümündən bu yana mövsümə 2-10 göstəricisi ilə başlayıb müntəzəm çempionatı müsbət balansla bitirməyi bacaran komanda olacaq.

Qərb konfransında 8-ci yerdə gedən los-anceleslilər cari mövsüm 42 qələbə qazanıb, 39 dəfə uduzub.

Müəllif: Məsim MƏSİMZADƏ