"KƏPƏZ"İN YENİ KAPİTANI ŞƏHRİYAR RƏHİMOV OLDU

ESTAFET/ Premyer Liqanın yeni mövsümü "Kəpəz"də kapitan sarğısını Şəhriyar Rəhimov daşıyacaq. Ötən mövsümdə komandanın vitse-kapitanı olan müdafiəçi komanda üzvlərinin seçiminə əsasən sarğını daşımağa layiq görülüb. Rəhimov son iki mövsümdə "sarı-göylər"in kapitanı funksiyasını yerinə yetirmiş Tural Axundovun gedişindən sonra Gəncə klubunun yeni kapitanı olub.


"Kəpəz"in vitse-kapitanları isə Şəhriyar Əliyev və Kərim Diniyev olacaq. Kərim ilk dəfə vitse-kapitan vəzifəsini daşıyacaqsa, Şəhriyar ötən mövsümdə də eyni statusda olub.