“Neftçi”nin zədəliləri fərdi məşq edirlər

ESTAFET/ “Neftçi” Premyer Liqanın 30-cu turunda qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlığını davam etdirir.

“Sumqayıt”la matçın ertəsi günü istirahət edən “ağ-qaralar” aprelin 10-da məşqlərə başlayıb.

Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilən və bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində Ataa Caber və Vato Arveladze fərdi məşğul olublar.

Aprelin 14-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” oyununa saat 20:00-da start veriləcək.

Müəllif: Natiq NƏSİROV