“Araz Naxçıvan” Premyer Liqaya vəsiqəni təmin etdi

ESTAFET/ Futbol üzrə Azərbaycan I Divizionunda XXIV tura start verilib. İlk gündə 4 görüş baş tutub.

“Zirə-2” – “Qaradağ Lökbatan” matçında qapılara qol vurulmayıb. “Qəbələ-2” MOİK-i 3 cavabsız qolla yenib. “Turan Tovuz-2” də “Mingəçevir”i məğlub yola salıb. “Sumqayıt”la “Səbail”in əvəzediciləri arasındakı görüşdə isə qonaqlar qələbə qazanıblar.

Bu nəticələrin ardından I Divizionda Premyer Liqaya vəsiqəni təmin edən komanda müəyyənləşib. Bu turu məğlubiyyətlə bitirən MOİK-in lider “Araz Naxçıvan”a çatmaq şansı qalmayıb. 4-cü pillədəki “hərbçilər”i Naxçıvan təmsilçisi ilə yanaşı, “Neftçi” və “Qəbələ”nin ikinci komandaları qabaqlayır. 54 xalı olan “Araz Naxçıvan” sona 5 tur qalmış əvəzediciləri çıxmaq şərtilə divizion təmsilçilərindən ən yaxın izləyicisi olan MOİK-i 16 xal qabaqlayır. Bu isə o deməkdi ki, mövsümün sonunda lisenziyalaşdırma ilə bağlı problem yaşamasa, “Araz Naxçıvan” növbəti mövsümü elitada keçirəcək.

I Divizion
XXIV tur

11 aprel 2023

Zirə-2 – Qaradağ Lökbatan 0:0
Hakimlər: Kamran Əliyev, Rasim Axundov, Gülnurə Əkbərzadə, Murad Səlimov
Binə qəsəbə stadionu

Qəbələ-2 – MOİK 3:0
Qollar: Sənan Ağalarov 52, 88 (p.), Okan Təhməzli 90+2
Hakimlər: Səbuhi Bayramov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Namiq Bəkirov
Qəbələ şəhər stadionu (ehtiyat meydança)

Turan Tovuz-2 – Mingəçevir 2:1
Qollar: Famil Camalov 43, Sadiq Şəfiyev 59 (p.) : Tural Məmmədzadə 62
Hakimlər: Rövşən Rəcəbov, Anar Bədəlov, Aydın Baxşıyev, Tural İbrahimov
Tovuz şəhər stadionu

Sumqayıt-2 – Səbail-2 1:2
Qollar: Cavidan Abbaszadə 73 : Balamirzə Soltanov 71, Xəyal Bədirov 88
Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev, Rəsul Babayev
“Sumqayıt Arena” (ehtiyat meydança)

12 aprel 2023

15:00  Şamaxı-2 – Zaqatala
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Sevda Nuriyeva, Emin Əliyev
Şamaxı şəhər stadionu

16:00  Kəpəz-2 – Neftçi-2
Hakimlər: Fərid Hacıyev, Elman Kərimov, Tərlan Talıbzadə, Əli Əliyev
Gəncə şəhər stadionu (ehtiyat meydança)

16:00  İmişli – Qarabağ-2
Hakimlər: Vüqar Həsənli, Orxan İbişov, Sənan Atayev, Şamil İmanzadə
Heydər Əliyev adına İmişli şəhər stadionu

Müəllif: Bəhruz MƏMMƏDOV