Daha 3 oyunda qol buraxmasa…
ESTAFET/ “Barselona” İspaniya La Liqasının 28-ci turunda “Jirona” ilə qarşılaşıb.
Xavinin çalışdırdığı komanda cari mövsümdə ölkə çempionatında 21-ci matçda qapısından top buraxmayıb - 0:0.
Qolkiper Mark-Andre ter Ştegen klub rekordunu təkrarlamaq üçün mövsümün sonuna qədər daha 3 oyunda qapısını toxunulmaz saxlamalıdır.
“Barsa”nın La Liqadakı rekordu 1986/87 mövsümündə 24 “quru oyun” olub. Həmin vaxt qapını Andoni Subisarreta qoruyub. 2014/15 mövsümündə isə Klaudio Bravo 23 görüşdə qapısında qol görməyib.
Katalonlar hazırda İspaniya La Liqasının turnir cədvəlində 72 xalla birinci yerdədir.