ŞƏHRİYARLA TEYMUR TURU QƏLƏBƏ İLƏ BİTİRDİLƏR
ESTAFET/ Cenevrə şəhərində (İsveçrə) Beynəlxalq Şahmat Federasiyasının (FIDE) sayca 3-cü Qran Prisində bu gün ikinci turun oyunları oynanılıb.
Bildirdiyimiz kimi, seriyada Azərbaycan Qran Pri seriyasında qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla təmsil olunur. Bu turnir Şəhriyar üçün sonuncu olsa da, Teymur bundan başqa sonuncu Qran Pridə də iştirak edəcək.
Hər iki şahmatçımız bu turu qələbə ilə bitirməyi bacarıblar.
Məlumat: Qran Pri seriyası 4 mərhələdən ibarətdir. 26 şahmatçı burada hazırkı Dünya çempionu norveçli Maqnus Karlsenlə görüş üçün İddialılar Turnirinə vəsiqə uğrunda mübarizə aparır. Hər mərhələdə 18 şahmatçı İsveçrə sistemi ilə 9 turda qarşılaşacaqlar. Hər bir şahmatçı 3 mərhələdə iştirak etməlidi. 4 mərhələnin yekununda ilk 2 yerin sahibi İddialılar Turnirinə qatılmaq haqqı əldə edəcək.
Cenevrə Qran Prisinin ikinci turundakı bütün qarşılaşmaları və nəticələri təqdim edirik.
Məmmədyarov - İnarkiyev (Rusiya) 1:0
Rəcəbov - Elyanov (Ukrayna) 1:0
Harikrişna (Hindistan) - Adams (İngiltərə) 0,5:0,5
Salem (Misir) - Giri (Hollandiya) 0:1
Hou Yifan (Çin) - Ryazantsev (Rusiya) 0,5:0,5
Nepomnyaşnı (Rusiya) - Gelfand (İsrail) 0,5:0,5
Yakovenko (Rusiya) - Aronyan (Ermənistan) 0:1
Li Çao (Çin) - Şvidler (Rusiya) 0,5:0,5
Qrişuk (Rusiya) - Rapport (Macarıstan) 0,5:0,5