Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin tikinti işləri ilə bağlı açıqlaması

ESTAFET/ Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti paytaxtda 28-30 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqlar çərçivəsində trekin keçdiyi yollarda quraşdırılma işlərinə davam edir.

Belə ki, 15 Aprel gecə 22:00-dan etibarən tribunanın quraşdırılması səbəbindən Azneft dairəsində nəqliyyat zolağının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşacaq. Burada bütün istiqamətlərdə nəqliyyatın hərəkəti yol polisi tərəfindən tənzimlənəcək.

BŞH vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir.

Müəllif: Natiq NƏSİROV