"Gobustan Trail 2023" trail running (cığır qaçışı) marafonu keçirilib

ESTAFET/ Qobustan Milli Tarix-Bədii Qoruğunun və Dağçılıq İdman Klubunun qrupu olan “Race.az”ın birgə təşkilatçılığı ilə 23 aprel 2023-cü il tarixində qoruq ərazisində növbəti “Gobustan Trail 2023” trail running (cığır qaçışı) marafonu keçirilib.

Marafon Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Yarışa 343 nəfər iştirakçı qatılıb. İştirakçılar 11, 17, 33 və 44 km məsafə üzrə yarışıblar.

Sonda marafon qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Qeyd edək ki, yarışda təqdim olunun məsafələr Azərbaycanda ilk dəfə olaraq, Beynəlxalq Treylranninq Təşkilatında (lTRA) qeydiyyatdan keçib və uzaq məsafələrin iştirakçılarına lTRA xallar qazandırıb.

Layihə sağlam həyat tərzinin və Qobustan abidələrinin təbliğinə xidmət edir.

Müəllif: Bəhruz MƏMMƏDOV