FIDE QRAN PRİ SERİYASI - CENEVRƏ: III TUR

ESTAFET/ Cenevrə şəhərində (İsveçrə) Beynəlxalq Şahmat Federasiyasının (FIDE) sayca 3-cü Qran Prisi davam edir. Bu gün turnirdə üçüncü turun oyunları oynanılıb.

Bildirdiyimiz kimi, seriyada Azərbaycan Qran Pri seriyasında qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla təmsil olunur. Bu turnir Şəhriyar üçün sonuncu olsa da, Teymur bundan başqa sonuncu Qran Pridə də iştirak edəcək.

Məlumat: Qran Pri seriyası 4 mərhələdən ibarətdir. 26 şahmatçı burada hazırkı Dünya çempionu norveçli Maqnus Karlsenlə görüş üçün İddialılar Turnirinə vəsiqə uğrunda mübarizə aparır. Hər mərhələdə 18 şahmatçı İsveçrə sistemi ilə 9 turda qarşılaşacaqlar. Hər bir şahmatçı 3 mərhələdə iştirak etməlidi. 4 mərhələnin yekununda ilk 2 yerin sahibi İddialılar Turnirinə qatılmaq haqqı əldə edəcək.

Üçüncü turdakı bütün qarşılaşmaları və nəticələri təqdim edirik.

Harikrişna (Hindistan) - Məmmədyarov 0,5:0,5  

Aronyan (Ermənistan) - Rəcəbov 0,5:0,5 

Elyanov (Ukrayna) - Nepomnyaşnı (Rusiya) 1:0

Adams (İngiltərə) - Qrişuk (Rusiya) 0,5:0,5
Ryazantsev (Rusiya)  - Salem (Misir) 0,5:0,5  

İnarkiyev (Rusiya) - Hou Yifan (Çin) 0,5:0,5
Şvidler (Rusiya) - Gelfand (İsrail) 0,5:0,5 

Rapport (Macarıstan) - Yakovenko (Rusiya) 0:1  
Giri (Hollandiya) - Li Çao (Çin) 0,5:0,5