F1 və F2 yarış direktorlarının marşallarla görüşü baş tutub - FOTO

ESTAFET/ 2023 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Bakıya gəlmiş  F1 və F2 yarış direktorları Bakı marşalları ilə görüşüb.

Formula 1 Azərbaycan Qran Prisi öncəsi Atletlər kəndində baş tutmuş görüşdə Formula 1 yarış direktoru Nils Vittiç və Formula 2 yarış direktoru Rui Markes eləcə də, Böyük Britaniyanın Səfiri Ferqus Old iştirak edib.

Görüş zamanı marşalların yarışdakı rolundan, onların 2016-cı ildən bəri keçirilən yarışlardakı önəmli fəaliyyətindən bəhs olunub. Rəsmilər eyni zamanda 28 və 29 aprel tarixlərində baş tutmuş Azərbaycan Qran Prisi zamanı marşalların yüksək perfomans göstərdikləri vurğulayıb.

Nils Vittiç və Rui Markes Bakı yarışının hər il olduğu kimi bu il bütün dünyada maraqla izlənildiyini bildiriblər. Sonda rəsmilər marşallara uğurlar arzulayıb.

Qeyd edək ki, Bakının yeddinci dəfə ev sahibliyi etdiyi Formula 1 Azərbaycan Qran Prisində bugün final yarışı keçiriləcək.

Müəllif: Natiq NƏSİROV