Millimizin rəqibləri bəlli oldu

ESTAFET/ Bu gün İsveçrənin Nyon şəhərində qadın futbolçular arasında ilk dəfə təşkil olunacaq UEFA Millətlər Liqası turnirinin 2023/24-cü illər mövsümünün püşkatma mərasimi keçirilib.

Püşkün nəticəsinə əsasən, Azərbaycan millisi C Liqasının 3-cü qrupda Monteneqro, Kipr və Farer adaları komandaları ilə mübarizə aparacaq.

Qrup oyunları bu ilin sentyabr, oktyabr, dekabr aylarında keçiriləcək. 

Turnirin final mərhələsi isə 2024-cü ildə təşkil olunacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV