Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
"QARABAĞ" - "SAMTREDİA": - MƏTBUAT KONFRANSLARI
"QARABAĞ" - "SAMTREDİA": MƏTBUAT KONFRANSLARI

ESTAFET/ Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Samtredia" (Gürcüstan) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. İyulun 10-da "Azərsun Arena"nın mətbuat zalında baş məşqçimiz Qurban Qurbanov saat 18:30-da media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 19:00-də Suraxanı qəsəbəsində yerləşən klubumuzun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

”Samtredia”nın baş məşqçisi isə saat 20:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Gürcüstan təmsilçisinin son məşqi isə saat 21:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

 

QEYD: Klub tərəfindən ayrılmış avtobus media mənsublarını "Azərsun Arena"dan Tofiq Bəhramov adına Respublika stadionuna aparacaqdır.