GÜLƏŞÇİLƏR DAĞISTANDA İLK GÜNƏ 6 MEDAL QAZANDILAR

ESTAFET/ Kaspiysk şəhərində (Rusiya Federasiyası, Dağıstan Respublikası) 5 qat Dünya çempionu Əli Əliyevin şərəfinə keçirilən sərbəst güləş üzrə 48-ci beynəlxalq turnirin ilk günündə döşək üzərinə çıxan pəhləvanlarımız 6 medal (2 qızıl, 1 gümüş, 3 bürünc) qazanmağı bacarıblar.

 

4 güləşçi ilə təmsil olunduğumuz 57 kq çəki dərəcəsində Mahir Əmiraslanov bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Finalda yerli güləşçi Azamat Tuskayevi də məğlub edən Mahir turnirin qalibi adını qazanıb. Bu çəkidə güləşən Pərviz İbrahimov və Georgi Edişeraşvili isə turniri bürünc medalla başa vurublar.

 

3 güləşçimizin mübarizə apardığı 65 kq-da yalnız finalda məğlub olan Ağahüseyn Mustafayev gümüş, Məhəmməd Müslümov isə bürünc medal qazanıblar.

 

97 kq çəki dərəcəsində güləşən Aslanbek Alborov bütün rəqiblərinə qalib gələrək nüfuzlu turnirin qalibi olub.