TEYMUR LİDERLİYİNİ DAVAM ETDİRİR: IV TUR
ESTAFET/ Cenevrə şəhərində (İsveçrə) Beynəlxalq Şahmat Federasiyasının (FIDE) sayca 3-cü Qran Prisi davam edir. Bu gün turnirdə dördüncü turun oyunları oynanılıb.
Bildirdiyimiz kimi, seriyada Azərbaycan Qran Pri seriyasında qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla təmsil olunur. Bu turnir Şəhriyar üçün sonuncu olsa da, Teymur bundan başqa sonuncu Qran Pridə də iştirak edəcək.
Məlumat: Qran Pri seriyası 4 mərhələdən ibarətdir. 26 şahmatçı burada hazırkı Dünya çempionu norveçli Maqnus Karlsenlə görüş üçün İddialılar Turnirinə vəsiqə uğrunda mübarizə aparır. Hər mərhələdə 18 şahmatçı İsveçrə sistemi ilə 9 turda qarşılaşacaqlar. Hər bir şahmatçı 3 mərhələdə iştirak etməlidi. 4 mərhələnin yekununda ilk 2 yerin sahibi İddialılar Turnirinə qatılmaq haqqı əldə edəcək.
Dördüncü turdakı bütün qarşılaşmaları və nəticələri təqdim edirik.
Məmmədyarov - Elyanov (Ukrayna) 0,5:0,5
Rəcəbov - Harikrişna (Hindistan) 0,5:0,5
Nepomnyaşnı (Rusiya) - Hou Yifan (Çin) 1:0
Qrişuk (Rusiya) - Aronyan (Ermənistan) 0,5:0,5
Salem (Misir) - Rapport (Macarıstan) 1:0
Ryazantsev (Rusiya) - İnarkiyev (Rusiya) 0,5:0,5
Şvidler (Rusiya) - Adams (İngiltərə) 1:0
Li Çao (Çin) - Yakovenko (Rusiya) 0,5:0,5
Gelfand (İsrail) - Giri (Hollandiya) 0,5:0,5
Dörd turdan sonra qrossmeysterimiz Teymur Rəcəbov 3 xalla turnir cədvəlinə liderlik edir. Digər qrossmeysterimiz Şəhriyar Məmmədyarov da daxil olmaqla, 6 şahmatçı 2,5 xalla Teymuru izləyir.