Paralimpiya çempionu Lamiyə Vəliyeva İtaliyada 400 metrəyə qaçışda birinci yerə sahib çıxıb

Milli Paralimpiya Komitəsinin atletika üzrə milli komandasının üzvü, paralimpiya çempionu Lamiyə Vəliyeva İtaliyanın Cesolo şəhərində keçirilən Qran Pridə 400 metrəyə qaçışda 56.75 s. nəticə göstərərək birinci yerə sahib çıxıb.

L.Vəliyeva bu nəticə ilə cari ilin iyul ayında Fransanın paytaxtı Paris şəhərində keçiriləcək atletika üzrə dünya çempionatına lisenziya əldə edib.

Müəllif: Bəhruz MƏMMƏDOV